Millinin Xorvatiya ilə oyun üçün hazırlıq planı açıqlandı

16:54 - 7 Mart 2019

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin hazırlıq planı müəyyənləşib.

 

Sportal.az federasiyanın saytına istinadən xəbər verir ki, yığmamız martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq. Komanda martın 19-dək Mərdəkan qəsəbəsində, “Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində qalacaq. Həmin gün nahardan sonra Zaqrebə yollanacaq milli Xorvatiya yığması ilə oyundan dərhal sonra Bakıya qayıdacaq və martın 25-də 8-ci km stadionunda Litva yığması ilə keçirəcəyi oyunun hazırlığına başlanacaq.

 

Millinin qeyd olunan toplanışlar və oyunlar üçün heyəti gələn həftə açıqlanacaq.

Xəbər xətti