"Keşlə" yoxlama görüşü keçirəcək

Milli komandaların oyunları ilə əlaqədər çempionatlarda fasilə yaranıb.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Keşlə" məşqlərə martın 22-də başlayacaq

 

Paytaxt təmsilisi bu gün səhər saatlarında məşq və istirahətə buraxılıb. "Ağ-qırmızılar" martın 22-dək istirahət edəcək.

 

Fasilədə "Keşlə" yoxlama matçı keçirməyi planlaşdırır. Rəqib komandanın adı və matçın keçiriləcəyi yer barədə əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, Premyer Liqada 22-ci turun görüşləri martın 30-u və aprelin 1-i keçiriləcək.

Tarix: 18 Mart [15:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Oktyabr 2019
23  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio