Millidə yeni futbolçu

00:01 - 20 Mart 2019

Bakıda təlim-məşq toplanışını davam etdirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha bir futbolçu dəvət olunub. 

 

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, “Neftçi”nin müdafiəçisi Rəhman Daşdəmirov U-21-in hazırlığına qoşulub.

 

Qeyd edək ki, martın 16-dan 26-dək hazırlıq keçəcək yığmamız  bu müddətdə “Səbail” və  MOİK-lə yoxlama oyunları keçirəcək.

Xəbər xətti