Xorvatiya - Azərbaycan: neçə bilet satılıb?

14:04 - 20 Mart 2019

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Zaqrebdə Xorvatiyanın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, 35,423 nəfərlik tutuma malik olan "Maksimir" stadionunda keçiriləcək görüşə 17 min bilet satılıb. Oyun saatına qədər 20 mindən bir qədər çox bilet satılacağı gözlənilir.

 

Xorvatiya - Azərbaycan oyunu martın 21-i Zaqrebdə yerləşən "Maksimir" stadionunda keçiriləcək.

Xəbər xətti