Xorvatiya - Azərbaycan STATİSTİKA

Azərbaycan mili komandası AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda səfərdə Xorvatiyaya 1:2 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın statistikasında meydan sahibləri üstün olub. Topa yiyələnmə faizində "damalılar" üstündür - 68:32 faiz.

 

Xorvatiya 14, Azərbaycan isə 5 dəfə qol vurmağa cəh edib. Meydan sahiblərinin 5 zərbəsi çərçivəyə ünvanlanıb və bunlardan 2-si qol olub. Millimizin isə 2 zərbəsi qapıya gedib və bunlardan 1-i qolla nəticələnib. Xorvatların 9, millimizin isə 3 zərbəsi qapıdan aralı keçib.

 

Künc zərbələrində də millimiz meydan sahiblərinə uduzub - 2:13.

 

Xorvatiyanın 742 ötürməsinin 688-i dəqiq alınıb (93 faiz). Millimizdə isə 289 ötürmədən 233-ü ünvanına çatıb (81 faiz).

 

Tarix: 22 Mart [01:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Aprel 2019
22  Aprel 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio