"Sumqayıt" 3 itkiylə hazırlaşır

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasiləyə baxmayaraq, "Sumqayıt" hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında növbəti məşqini keçirib.


Zədəli olan Aleksey İsayev və Əfran İsmayılov məşqdə iştirak etməyib. Əmir Ağayev isə fərdi hazırlıqla kifayətlənib. Bundan başqa "Sumqayıt-2"-dən İbrahim Novruzov, Emin Zamanov, İbrahim Əliyev və U-17 komandasının üzvü Cavidan Abbaszadə əsas komanda ilə birlikdə çalışıb.

 

1,5 saat davam edən məşqdə əsasən müxtəlif toplu çalışmalar icra edilib. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.

 

Qeyd edək ki, "Sumqayıt" yoxlama görüşü çərçivəsində martın 25-i "Qəbələ" ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək qarşılaşma saat 16:00-da start götürəcək.

Tarix: 23 Mart [00:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Avqust 2019
24  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio