"Qarabağ" "Zirə"ni məğlub etdi

18:59 - 24 Mart 2019

Milli komandaların oyunlarına görə yaranan fasilə ərəfəsində "Qarabağ"la "Zirə" komandaları arasında yoxlama görüşü baş tutub.  

 

Sportal.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan görüş "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.  "Qarabağ"ın qollarına Dani Kintana ilə Filip Ozobiç imza atıblar. "Zirə"nin heyətində isə Xulio Sezar Rodriges fərqlənib. 

 

Qeyd edək ki, "Qarabağ" Premyer Liqanın növbəti turunda səfərdə "Sumqayıt"la, "Zirə" isə doğma azarkeşləri önündə "Səbail"lə üz-üzə gələcək. 

Xəbər xətti