"Sumqayıt"da daha bir ciddi itki

16:07 - 12 Aprel 2019

Azərbaycan Premyer Liqasının 24-cü turunda "Zirə"nin qonağı olacaq "Sumqayıt"da itkilər var.

 

Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisinin heyətində Elvin Məmmədov da sıradan çıxıb. Son məşqdə zədə alan təcrübəli yarımmüdafiəçi sabiq komandasına qarşı oynamayacaq. Onun növbəti turlarda meydana çıxacağı gözlənilir. Aleksey İsayevlə Əfran İsmayılov isə fərdi məşqlə edir.

 

Qeyd edək ki, "Zirə" - "Sumqayıt" oyunu aprelin 13-ü, saat 16:00-da başlayacaq.

Xəbər xətti