Emil Balayev: "Karyeramda elə hallar olub ki, yüksək məbləğdən imtina etmişəm"

17:17 - 17 Aprel 2019

Bu gün Azərbaycan millisinin və Qazaxıstanın "Tobol" klubunun qapıçısı Emil Balayevin 25 yaşı tamam olur.

 

Sportal.az xəbər verir ki, "Tobol"un "facebook" səhifəsində Balayevin müsahibəsi izləyicilərə təqdim edilib.

 

Uşaqlığı barədə - Həmişə uşaqlarla gecə saatlarına kimi oynayırdıq. Bilə-bilə ki, evə gec gəlsəm, cəzalanacam, yenə də tez qayıtmırdım. Futbol segimi görən babam məni futbola yazdırdı. O da futbolu çox sevirdi və "Neftçi"nin fanatı idi.

 

Pul haqqında - Pul həlledici amil deyil. Karyeramda elə hallar olub ki, yüksək məbləğdən imtina etmişəm. Bunu öz inkişafım və gələcəyim üçün etmişəm.

 

Qazaxıstan Premyer Liqasındakı debütü ilə bağlı - Xatırlayıram, oyundan öncə meydanı qol buraxmadan tərk etmək istəyirdim. Çünki bu, Qazaxıstan çempionatında ilk oyunum idi. Final fiti səslənəndə şad idim, çünki debüt oyunum istədiyim kimi reallaşmışdı.

 

Uğur talismanı - Talısmanın yoxdur. Ancaq hər zaman Allahdan mənə hər şeydə kömək olmağı diləyirəm. Fikrimcə, nail olduğum hər şeyi Tanrının köməkliyilə qazanmışam.

 

Həyat qanunu - Məhəmməd peyğəmbərin dediyi kimi, özünüzə arzuladığınızı insanlara da edin. Heç kəsə özünüzə arzu etmədiyinizi etməyin. Buna əməl etməyə çalışıram.

 

Karyerası haqqında - Xoşbəxtəm və Allaha şükür edirəm ki, nail olduğum uğurlarda mənə kömək edir. Daha çox uğur qazanmağa çalışacam. İllər sonra geriyə baxanda nələrdən keçdiyimi düşünüb xoş xatirələr kimi yada salmaq istəyirəm.

Xəbər xətti