La Liqa klubunda yeni müqavilə

18:46 - 18 Aprel 2019

İspaniyanın "Selta" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, viqolular hücumçu Yaqo Aspasla müqaviləni yeniləyib. 31 yaşlı forvardla 2023-cü ilin yayına kimi saziş bağlanılıb.

 

Qeyd edək ki, İspaniya millisinin üzvü "Selta"nın yetirməsidir. Aspas "Liverpul" və "Sevilya"da da çıxış edib.

Xəbər xətti