"Mançester Siti" 70 milyon avroluq transferə hazırlaşır

13:04 - 23 Aprel 2019

İngiltərənin "Mançester Siti" klubu İspaniya təmsilçisi "Atletiko"nun yarımmüdafiəçisi Rodriqo Hernandes üçün hərəkətə keçib.

 

Sportal.az "Daily Telegraph"a istinadən xəbər verir ki, baş məşqçi Pep Qvardiolanın tələbiylə "şəhərlilər" 22 yaşlı yarımmüdafiəçini yayda transfer etməyə çalışacaq. Mançester təmsilçisi İspaniya millisinin üzvünün 70 milyon avroluq sərbəst qalma qiymətini ödəməyə hazırdır.

 

Rodrinin "Atletiko"yla 2023-cü ilə qədər müqaviləsi mövcuddur. O, cari mövsüm 42 oyuna 2 qol vurub.

Xəbər xətti