"Qarabağ"dan asan qələbə, "Neftçi" şok məğlubiyyət aldı YENİLƏNİB

20:53 - 27 Aprel 2019

Azərbaycan Premyer Liqasında XXVI turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, əvvəlcə lider "Qarabağ" "Zirə"nin qonağı olub. 3 cavabsız qolla qalib gələn Ağdam klubu xalını 60-a yüksəlib və zirvədə möhkəmlənib.

 

Günün ikinci matçında "Sabah" son pillədə qərarlaşan "Keşlə"ni qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1.

 

Daha bir oyun Bayılda keçirilib. Bürünc medallar uğrunda mübarizə aparan "Qəbələ" və "Səbail" münasibətlərinə aydınlıq gətiriblər. 2:1 hesabı ilə qalib gələn meydan sahibi 3-cü pillədə möhkəmlənib. "Qəbələ" isə bürünc medal şansını xeyli azaldıb.

 

Turun son oyununda isə "Neftçi" "Sumqayıt"la qarşılaşıb. 2:3 hesabı ilə məğlub olan "ağ-qaralar" çempionluq yolıunda ciddi zərbə alıb. Sona iki tur qalmış Roberto Bordinin komandası "Qarabağ"dan 5 xal geri qalır.

 

Azərbaycan Premyer Liqası
XXVI tur

27 aprel (şənbə)

 

16:30 “Zirə” – “Qarabağ” - 0:3

Qollar: Dani Kintana, 20, Filip Ozobiç, 28, Mahir Mədətov, 79

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu

 

17:00 “Sabah” – “Keşlə” - 1:1

Qollar: Marko Deviç, 58 (pen.) - Conatan Ayite, 90+4
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Əli Cəbrayılov, Elçin Məsiyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Əlincə Arena”

 

17:30 “Səbail” – “Qəbələ” - 2:1
Qollar
: Fəhmin Muradbəyli, 19, Ağabala Ramazanov, 24 - Bəhlul Mustafazadə, 41

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Bayıl stadionu

 

19:00 “Neftçi” – “Sumqayıt” - 2:3

Qollar: Ruslan Abışov, 8, Baqali Dabo, 72 - Əmir Ağayev, 31, Ülvi İsgəndərov, 42, Murad Xaçayev, 77

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
8-ci km stadionu

 

Xəbər xətti