"Borussiya"nın baş məşqçisi: "Çempionluq yarışı bitdi"

16:14 - 28 Aprel 2019

Almaniya Bundesliqasının 31-ci turunda "Rur" derbisində "Şalke"yə 2:4 hesabı ilə uduzan "Borussiya"nın baş məşçiqi Lyusen Favr açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 61 yaşlı mütəxəssis çempionluq mübarizəsinin başa çatdığını deyib:

 

"Bundesliqada çempionluq yarışı başa çatdı. Qəbul etmək çətindir, amma gerçək olan budur. Bu oyunu uduzmamalı idik".

 

Dortmund təmsilçisi lider "Bayern"dən 1 xal geri qalır. Münhen klubu bu gün səfərdə "Nürnberq"i məğlub etsə xal fərqi 4 olacaq.

Xəbər xətti