"Krılya Sovetov"un baş məşqçisi: "Ramil Şeydayevə haqq qazandırmıram"

Rusiya Premyer Liqasının 26-cı turunda "Zenit"ə səfərdə 2:4 hesabı ilə uduzan "Krılya Sovetov"un baş məşqçisi Miodraq Bojoviç açıqlama verib.

 

Sportal.az xəbər verir ki, monteneqrolu mütəxəssis qarşılaşmada qırmızı vərəqə alan Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev barədə danışıb. O, futbolçusunu günahlandırmayıb:

 

"İlk sarı vərəqə epizodunda Şeydayev deyil, hakim emosiyalarını cilovlaya bilmədi. Ramilə haqq qazandırmıram. Niyə də bunu edim? Sadəcə, davaya rəqib oyunçu başladı. Şeydayev heç nə etməmişdi".

 

Şeydayev 48-ci dəqiqədə "Zenit"in müdafiəçisi Məhəmməd Ozdoevlə mübarizə zamanı yerdə qalıb. Hakimə penalti təyin etmədiyi üçün etiraz edən Şeydayev rəqib futbolçu ilə də münaqişə edib və sarı vərəqə alıb.

Tarix: 29 Aprel [00:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Avqust 2019
18  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio