Mbappeyə 3 oyunluq cəza

19:39 - 3 May 2019

Fransa Futbol Federasiyası ölkə kubokunun finalında qırmızı vərəqə alan PSJ-nin hücumçusu Kilian Mbappeni cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, "Renn"lə matçın əlavə vaxtında rəqib oyunçuya qarşı kobud oynayan futbolçu 3 oyunluq cəzalanıb.

 

Federasiya azarkeşi yumruqla vurduğu üçün Neymarla bağlı araşdırmaya başlayıb.

 

PSJ kubokun finalında "Renn"ə penaltilər seriyasında uduzmuşdu.

Xəbər xətti