Neymarın yumruqla vurduğu azarkeş: "Dedilər ki, ona toxunsan, nələr olacağını görərsən"

Fransa kubokunun "Renn"lə final matçından sonra azarkeş yumruqla vuran Neymar gündəmi zəbt etmiş və tənqid edilmişdi.

 

Sportal.az xəbər verir ki, ulduz futbolçu ilə münaqişə edən Nelson adlı fanat "L'Equipe" nəşrinə danışıb. Səssizliyi pozan azarkeş hədələndiyini deyib: "Pul qarşılığında Neymarı məhkəməyə vermədiyimi deyirlər. Mən satılmış köpək deyiləm. Qüurumu itirsəm, nə anlamı olar? Braziliyada belə Nyeymarı sərt şəkildə tənqid edirlər, ancaq ölkəmdə təzyiq altındayam. Sosial şəbəkələrdə ev ünvanımı paylaşanlar var. Ötən gün dörd nəfər evimin qabağına gəldi və "Bir daha Neymara toxunsan, nələr olacağını görərsən" deyərək, təhdid etdilər".

 

PSJ kubokun finalında "Renn"ə penaltilər seriyasında uduzmuşdu. Neymar mükafatlandırma mərasiminə yollanarkən azarkeşlə mübahisə zamanı yumruğunu işə salmışdı.

 

Tarix: 4 May [18:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2019
20  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio