Dmitri Nazarov qol vurdu, komandası qalib gəldi VİDEO

18:12 - 5 May 2019

Almaniya II Bundesliqasında 32-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi "Aue" klubu səfərdə "Reqensburq"u 3:1 hesabı ilə məğlub edib.

 

Nazarov oyuna 60-cı dəqiqədə daxil olub. O, 61-ci dəqiqədə təyin edilən penaltini qola çevirib.

 

"Aue" 39 xalla turnir cədvəlində 12-cidir.

 

 

 

Xəbər xətti