Ernesto Valverde: "Belə nəticələrdə günahkar şəxs baş məşqçidir"

11:52 - 8 May 2019

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Liverpul"a 0:4 hesabı ilə uduzaraq, mübarizəni dayandıran "Barselona"nın baş məşqçisi Ernesto Valverde fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 55 yaşlı mütəxəssis öncə oyunla bağlı danışıb: "Liverpul" irəlidə təzyiqlə başladı. Bunu onlardan gözləyirdik. İlk qoldan sonra cəsatələndilər. İkinci qoldan sonra dağıldıq. Çünki həmin qoldan dərhal sonra 3-dəfə fərqləndilər. Biz də vəziyyətlər yaradırdıq, ancaq yararlanmırdıq. Bəhanəmiz yoxdur, "Liverpul" bizdən daha yaxşı idi və 4:0 hesabı ilə qalib gəldi. Düşünəcək çox şey şey var, istefanı fikirləşmirəm. Bu tip nəticələrdə ilk günahkar şəxs məşqçidir".

 

Valverde futbolçularına tempi aşağı salmalarını tapşırdığını, lakin bunu edə bilmədiklərini deyib: "Liverpul" çox alovlu idi. İlk qoldan sonra daha da motivasiyalı oldular. O qol bizi çox geri saldı. İkinci hissənin əvvəllərində də qol vurdular. Luis Suaresin önəmli şansı var idi. Vursaydı, fərqli olacaqdı. "Liverpul" iki hücuma iki qol vurdu. Oyunçularıma pasla oynamalarını, tempi aşağı salmalarını desəm də, bacarmadılar. Nələr olduğunu anlamadım. Premyer Liqada standart vəziyyətlərdən ən yaxşı istifadə edən komanda "Liverpul"dur. Rəqib bizə sürprizlər etdi".

 

Valverde ötən mövsüm Çempionlar Liqasında "Roma"ya uduzduqları oyunu xatırlayıb: "Romada aldığımız nəticənin oxşarını yenidən yaşamaq acı hisslər verir. Bu hesab bizə bəhanə gətirməyə də imkan vermir".

Xəbər xətti