"Roma" üçün sürpriz namizəd

12:53 - 10 May 2019

Müvəqqəti olaraq Klaudio Ranyerini baş məşqçi postuna gətirən "Roma" klubu yeni mövsüm üçün axtarışlarını davam etdirir.

 

Sportal.az "Football Italia"ya istinadən xəbər verir ki, paytaxt klubu Antonio Konte ilə danışıqları müsbət tamamlamayıb.

 

"Canavarlar" SPAL-ın çalışdırıcısı Leonardo Sempliçini baş məşqçi postuna gətirməyi hədəfləyir. 51 yaşlı mütəxəssis İtaliya mətbuatına verdiyi son müsahibəsində SPAL-dakı gələcəyini bilmədiyini demişdi.

 

Sempliçi 2014-cü ildən SPAL-ı çalışdırır. O, komandanı Seriya C-dən Seriya A-ya gətirməyi bacarıb.

Xəbər xətti