Sulşer Kloppdan çox maaş alacaq

17:22 - 14 May 2019

"Mançester Yunayted"lə müqaviləsini uzadan Ole Qunnar Sulşerin məvacibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, norveçli mütəxəssis illik 7,5 milyon funt-sterlinq qazanacaq. 3 illik müqavilə bağlayan 46 yaşlı mütəxəssis Yurgen Klopp, Maurisio Sarri, Unai Emeri kimi məşqçilərdən çox qazanacaq.

 

Yurgen Klopp "Liverpul"dan 7, Emeri "Arsenal"dan 6, Sarri "Çelsi"dən illik 5,5 milyon funt-sterlinq məvacib alır.

 

Premyer Liqada ən çox əmək haqqı alan mütəxəssis "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardioladı. 48 yaşlı ispan mütəxəssis illik 15 milyon funt-sterlinq qazanır.

Xəbər xətti