"Neftçi"nin maraqlandığı futbolçuya müqavilə təklifi: klub tarixinə düşə bilər

Rumıniyanın "Botoșani" klubu müqaviləsi başa çatan italiyalı futbolçu Dieqo Fabbriniyə yeni müqavilə sözləşmə təklif edib.

 

Sportal.az gsp.ro-ya istinadən xəbər verir ki, klub "Neftçi"nin transfer hədəfində olan futbolçunu komandada saxlamaq istəyir. 28 yaşlı hücumçu yeni müqaviləni təklif etsə, ayda 10 min avro maaş alacaq. Ona imza atmaq üçün 100 min avro da veriləcək.

 

Klub prezidenti Valeriu İftime bildirib ki, Fabbrini yeni müqavilə təklifini qəbul etsə, klub tarixinin ən çox maaş alan futbolçusu olacaq: "Rumıniya futbolu üçün Fabbriniyə əfv edilməz bir təklif etdim. Maaşını iki dəfə artırdıq və müqaviləni uzatmaq üçün daha bir əlamət təklif etmişəm. Qəbul etsə, klub tariximizin ən çox maaş alan oyunçusu olacaq".

 

Tuttomercatoweb.com saytı "Neftçi" ilə yanaşı, "Qarabağ"ın da bu transferdə maraqlı olduğunu qeyd etmişdi.

 

İtaliyalı futbolçu "Empoli" yetirməsidir və peşəkar karyerasına bu klubda başlayıb. Fabbrini "Udineze", "Palermo" "Uotford", "Syena", "Milluol", "Birmingem", "Midlzbro", "Spetsiya", "Real Ovyedo" klublarında oynayıb. O, 2018-ci ildən Rumıniyanın "Botoșani" klubunda çıxış edir və meydana çıxdığı 19 oyunda 4 qol vurub, 3 assist edib.

 

Fabbrini 12 dəfə İtaliyanın U-21, 1 dəfə isə əsas millisində forma geyinib. O, 2012-ci ildə Mario Balotellinin zədələnməsindən sonra yığmaya dəvət almışdı və İngiltərə ilə yoldaşlıq görüşündə meydana çıxmışdı.

Tarix: 15 May [13:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 İyul 2019
18  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio