"Qarabağ"ın sabiq futbolçusu rekord müqaviləyə qol çəkdi

14:01 - 15 May 2019

"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu karyerasını Çində davam etdirməyə qərar verib.

 

Sportal.az soccerladuma.co.za saytına istinadən xəbər verir ki, 29 yaşlı forvard çıxış etdiyi I Divizion təmsilsi "Hançjou Qrintaun"la müqavilə müddətini 2 il uzadıb. Ndlovunun məvacibi açıqlanmayıb. Xəbərdə Dinonun dünyada ən yüksək ödənişli cənubi afrikalı futbolçulardan biri olduğu vurğulanıb.

 

Ndlovu 2018-ci ilin qış transfer dönəmində "Hançjou Qrintaun"a keçmişdi. O, Çin klubunda 32 oyuna 25 qol vurub.

Xəbər xətti