Çin klubu uelsli baş məşqçini qovdu

18:32 - 15 May 2019

Uelsli baş məşqçi Kris Koulmen Çinin “Hebey Fortune” klubundan ayrılıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Komandanın uğursuz çıxışı rəhbərliyi bu addımı atmağa vadar edib.

 

48 yaşlı mütəxəssis 2018-ci ildən Çin klubunu çalışdırırdı.

 

Kouelmen 2012-2017-ci illərdə Uels yığmasının baş məşqçisi olub.

Xəbər xətti