"Mançester Siti" Saneni "Bayern"ə satacaq?

Aryen Robben və Frank Riberi ilə yollarını ayıracaq Almaniyanın "Bayern" klubu boşluğu doldurmaq üçün axtarışlarını davam etdirir.

 

Sportal.az "Daily Record"a istinadən xəbər verir ki, Münhen klubu "Mançester Siti"dən futbolçusu Leroy Sanenin agenti ilə görüşmək üçün icazə istəyib və müsbət cavab alıb.

 

Son dönəmlər "şəhərlilər"də əsas heyətə düşməkdə çətinlik çəkən almaniyalı vingerin "Bayern"ə getmək istədiyi iddia edilib. 

 

"Mançester Siti"nin futbol direktoru Çiki Beqiristain futbolçunun müqaviləsinə 2 il müddət qaldığı üçün satılmasını istəyir. Xəbərdə "Bayern"lə "Mançester Siti"nin hələ anlaşmadığı vurğulanıb.

 

"Mançester Siti" 23 yaşlı futbolçunu 2016-cı ildə "Şalke"dən 50,5 milyon avroya transfer edib. Almaniya millisinin üzvü bu mövsüm 46 oyuna 16 qol vurub, 18 assist edib.

Tarix: 15 May [19:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyul 2019
22  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio