"Qarabağ"dan ayrılan futbolçu karyerasını başa vura bilər

12:54 - 16 May 2019

Mövsüm başa çatan kimi "Qarabağ"dan ayrılan polşalı futbolçu Yakub Jezniçak karyerasını başa vura bilər.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı müdafiəçi bu barədə "Twitter" hesabında məlumat verib. "Dostuma demişdim ki, "Pyast" çempion olsa, karyeramı bitirəcəyəm. Bəlkə də artıq vaxtı çatıb", - deyə Jezniçak qeyd edib.

 

Ekstraklasanın turnir cədvəlinə 69 xalla başçılıq edən "Pyast" ən yaxın izləyicisi "Legiya"nı 2 xal qabaqlayır. Qlivitse təmsilçisi son turda evdə "Lex"i məğlub etsə, tarixində ilk dəfə Polşa çempionu olacaq.

Xəbər xətti