Rayola de Liqtin transferi üçün ən yüksək təklifi gözləyir

11:39 - 17 May 2019

"Barselona" Matteis de Liqti transfer etmək üçün "Ayaks"la danışıqlar aparır.

 

Sportal.az "Sport" nəşrinə istinadən xəbər verir ki, katalonların 70 milyon avroluq təklifinə Hollandiya klubundan cavab gəlməyib. 

 

19 yaşlı kapitanın agenti Mino Rayola tələsmək istəmir və ən yüksək təklifi gözləyir. Rayola PSJ, "Bayern" və "Yuventus"un təkliflərini almadan "Barselona"ya müsbət cavab vermək istəmir. De Liqt "Barselona"da oynamağı arzulasa da, agenti ilə həmfikirdir.

 

Hollandiya millisinin müdafiəçisi "Ayaks"da son üç mövsümdə 117 oyun keçirib.

Xəbər xətti