"Çelsi"nin futbolçusu finalı buraxacaq

13:17 - 17 May 2019

"Çelsi" ciddi itkiylə üzləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "Nyu-İnqlend Revolyuşn"la yoxlama matçında zədələnən Ruben Loftus-Çik bu gün əməliyyat olunacaq. 23 yaşlı yarımmüdafiəçinin yaşıl meydanlara qayıdacağı vaxt açıqlanmayıb.

 

İngiltərə millisinin üzvü Avropa Liqasının finalında "Arsenal"a qarşı oynamayacaq.

 

"Çelsi" - "Arsenal" finalı mayın 29-u Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər xətti