"Sumqayıt" "Təbriz"də məskunlaşdı

00:33 - 18 May 2019

Azərbaycan kubokunun finalında "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" oyunun keçiriləcəyi Naxçıvana yollanıb.

 

Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi "Təbriz" otelində məskunlaşıb.

 

Ayxan Abbasovun yetirmələri sabah Naxçıvan şəhər stadionunda oyun öncəsi son məşqini keçirəcək.


"Sumqayıt" - "Qəbələ" görüşü mayın 19-u, saat 17:00-da baş tutacaq.

Xəbər xətti