Əli Babayev "Sumqayıt"dan ayrılır

"Sumqayıt"ın futbolçusu Əli Babayev sosial şəbəkə hesabında klubdan ayrılacağına işarə verib.

 

Sportal.az xəbər verir ki, Babayev Azərbaycanda keçirdiyi ilk mövsümün çətin olduğunu bildirib. Müqaviləsi 2020-ci ilin yayında başa çatacaq futbolçu növbəti mövsüm "Sumqayıt"da olmayacağını qeyd edib: "Gələn mövsüm görüşərik! Harada? Zaman göstərəcək!"

 

İsrailli futbolçu ötən yay "Hapoel Raanana" klubundan "Sumqayıt"a keçib. Babayev "gənclik şəhəri" təmsilçisində 29 oyuna 1 qol vurub. 28 yaşlı yarımmüdafiəçi Azərbaycan millisinə də dəvət alır. O, Litva ilə yoxlama matçında yığmada debüt edib.

Tarix: 20 May [13:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Sentyabr 2019
16  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio