Elvin Məmmədov: "Yekun qərarımı verməmişəm"

15:40 - 20 May 2019

"Sumqayıt"la müqaviləsi başa çatan Elvin Məmmədov klubdan və başqa komandalardan təklif almadığını deyib.

 

Sportal.az-a danışan təcrübəli yarımmüdafiəçi gözləmə mövqeyində olduğunu deyib:

 

"Hələ gözləyirəm. Ortada konkret təklif yoxdur. Söz-söhbət dolaşsa da, dəqiq nəsə məlum deyil. Yekun qərarımı verməmişəm. Hər şeyə yaxın bir həftədə aydınlıq gələ bilər. Baş məşqçimiz Ayxan Abbasov klubdan dəqiq getməyib, çünki klub rəhbərliyi ilə danışacaq. Ondan sonra bilinəcək, kim qalacaq, kim gedəcək".

 

30 yaşlı futbolçu ötən yay "Qəbələ"dən "Sumqayıt"a keçmişdi. Məmmədov başa çatan mövsümdə 18 oyuna 2 qol vurub.

Xəbər xətti