"Qəbələ"nin gələcək taleyi necə olacaq? - klub rəsmisi danışdı

10:42 - 21 May 2019

Azərbaycan kuboku qazanaraq, tarixində ilk titula yiyələnən "Qəbələ" klubunun gələcəyi barədə söz-söhbətlər səngimir.

 

Sportal.az xəbər verir ki, "Xəzər" TV "Futbol saatı"nın qonağı olan klubun meneceri Səbuhi Səfiyarlı həftə ərzində hər şeyə aydınlıq gələcəyini deyib:

 

"Yenə də tam cavab verə bilməyəcəyik. Mövsüm indi bitib, futbolçuları yola salmışıq. Yaxın 2-3 gün ərzində klub rəsmi açıqlama verəcək. Əlimizdə olan və gördüyümüz məlumatlarla dəqiq nəsə deyə bilmərik. Desək, yalan olar. Ən azı bu həftəni gözləyək. Yeni büdcə təsdiq edilməlidir. Bunun üçün də 3-4 gün vaxt lazımdır. Ondan sonra biləcəyik ki, hansı büdcə ilə, hansl işlər görəcəyik. Açıqlamadan sonra hər şey müəyyənləşəcək. Müqaviləsi başa çatan oyunçulara gözləmələrini demişik".

 

Qeyd edək ki, "Qəbələ" ardıcıl altıncı dəfə Azərbaycanı avrokuboklarda təmsil etmək hüququ qazanıb.

Xəbər xətti