"Ayaks" Argentina millisinin üzvünü transfer etdi

14:22 - 21 May 2019

Hollandiya çempionu "Ayaks" müdafiə xəttinə yeni oyunçu alıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Amsterdam klubu Argentinanın "Defansa" klubundan Lisandro Martinesi transfer edib. 21 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Martinesin keçidi "Ayaks"a 7 milyon avroya başa gəlib.

 

Gənc futbolçu Argentina yığmasına bir oyun keçirib.

Xəbər xətti