Əfran İsmayılov "Sumqayıt"dan ayrılır? - AÇIQLAMA

16:20 - 21 May 2019

"Sumqayıt"la müqaviləsi başa çatan Əfran İsmayılov gələcək karyerası ilə bağlı danışıb.

 

Sportal.az-a danışan təcrübəli yarımmüdafiəçi komandanın baş məşqçisi Ayxan Abbasovun verəcəyi yekun qərarı gözlədiyini deyib:

 

"Klubdan ayrıldığım barədə yayılan məlumatlar doğru deyil. Müqaviləm başa çatıb və Ayxan Abbasovun yekun qərarını gözləyirəm. Ayxan müəllim klub rəhbərliyi ilə görüşəcək. Veriləcək qərara əsasən, müvafiq addım atacam".

 

30 yaşlı futbolçu başa çatan mövsümdə 20 oyuna 3 qol vurub.

Xəbər xətti