"Qarabağ"ın Çempionlar Liqasında bütün potensial rəqibləri müəyyənləşdi

Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq bütün klubların adı və püşkatmaya qatılacağı səbəti bəlli olub.

 

Sportal.az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edəcək "Qarabağ"ın I təsnifat mərhələsindən başlayacaq bütün mümkün rəqibləri məlumdur.

 

Səpələnmişlər sırasında yer alan təmsilçimiz səpələnməmişlər səbətindən bir komanda ilə qarşılaşacaq ki, orda da yalnız ilkin mərhələdən gələcək kollektiv müəyyənləşməyib.

 

Qaydalara görə, I təsnifat mərhələsinin səpələnməmişlər səbətində yer alan Ermənistan çempionu “Pünik” siyasi səbəblərə görə “Qarabağ”a rəqib ola bilməz, səpələnmişlər səbətində yer alan qalan 14 komanda isə potensial rəqibdir:

 

Çempionlar Liqası
I təsnifat mərhələsi

 
Səpələnmişlər: “Seltik” (Şotlandiya), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Qarabağ” (Azərbaycan), “Maribor” (Sloveniya), “Srvena Zvezda” (Serbiya), “Şerif” (Moldova), “Rusenborq” (Norveç), HİK (Finlandiya), “Dandalk” (İrlandiya), “Düdelanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), TNS (Uels), “Slovan” (Slovakiya), AIK (İsveç)
 
Səpələnməmişlər: “Suduva” (Litva), “Sarayevo” (Bosniya və Herseqovina), “Valletta” (Malta), “Pyast” (Polşa), “Pünik” (Ermənistan), “ÇFR Kluj” (Rumıniya), “Ferensvaroş” (Macarstan), “Nomme Kalyu” (Estoniya), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya), “Valyur” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “HB Torshavn” (Farer adaları), “Riqa” (Latviya), “Saburtalo” (Gürcüstan) və ilkin mərhələnin qalibi.
 
İlkin mərhələ
 
Səpələnmişlər: “Linkoln” (Cəbəllütariq), “Santa Koloma” (Andorra)

Səpələnməmişlər: “Feronikeli” (Kosovo), San-Marino çempionu

 

Avrokuboklarda I və II təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

 

Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları 9/10 iyul - 16/17 iyul tarixlərində keçiriləcək.

Tarix: 25 May [11:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Avqust 2019
24  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio