AFFA İcraiyyə Komitəsi yığışır

00:28 - 1 İyun 2019

İyunun 3-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

 

Sportal.az xəbər verir ki, “Dalğa Arena”nın ərazisində yerləşən milli komandaların məşq bazasında təşkil ediləcək iclas saat 18:00-da başlayacaq.

 

İclasın gündəliyinə I Divizion və Premyer Liqa ilə bağlı Lisenziyalaşdırma Komissiyasının hesabatı və digər məsələlər daxil edilib.

Xəbər xətti