Elvin Camalov "Zirə"yə keçidindən danışdı

15:11 - 3 İyun 2019

“Zirə”nin yeni transferi Elvin Camalov klubun "facebook" səhifəsinə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi keçidi ilə bağlı bunları deyib:

 

“İlk olaraq futbolçu kimi inkişaf etməyimdə əməyi olan “Qəbələ” Futbol Akademiyasına, məşqçilər korpusuna və klub rəhbərliyinə təşəkkür edirəm. Çox sevinirəm ki, bu komanda ilə Azərbaycan kubokunu qazanıb, titulla ayrıldım. İndi isə iddialı “Zirə” ilə 2 illik müqavilə bağladığıma görə şadam. Bu komanda ilə yeni uğurlar qazanmağa çalışacam. Karyeramda yeni səhifə açılır. Mənə inanıb dəvət etdiklərinə görə “Zirə”yə təşəkkür edirəm. Bu inamı doğrultmağa çalışacam”.

 

Qeyd edək ki, Elvin Camalov "Qəbələ"nin yetirməsidir.

Xəbər xətti