La Liqaya yüksələn ikinci komanda məlum oldu

01:35 - 5 İyun 2019

İspaniya La Liqasına vəsiqə əldə edən ikinci klub bəlli olub.

 

Sportal.az xəbər verir ki, Sequndanın 41-ci turunda səfərdə "Malyorka" ilə 1:1 hesablı heç-heçə etmiş "Qranada" La Liqaya yüksəlib. Sona bir tur qalmış əndəlüsiyalılar ikinci pilləni təmin edib.

 

Daha öncə "Osasuna" elitaya yükəlmişdi.

 

La Liqaya üçüncü vəsiqənin sahibi pley-off oyunlarından sonra bəlli olacaq.

Xəbər xətti