Azərbaycan millisi seçmə mərhələyə biabırçı start verdi YENİLƏNİB

22:56 - 6 İyun 2019

Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, yığma Lixtenşteynin qonağı olub. Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv qrupun ən zəifi hesab edilən rəqiblə görüşdən qələbə ilə ayrılmaqla seçmə mərhələyə uğurlu start məqsədində idi.

 

Ancaq "Sportpark Eşen-Mauren" stadionunda keçirilən görüş yığma adına biabırçılıqla yekunlaşıb. Komanda 9-cu dəqiqədə buraxılan qolla Avropanın ən zəiflərindən hesab olunan rəqibinə uduzub.

 

Avropa çempionatı, seçmə mərhələ

6 iyun

 

21:00 Lixteynşteyn (U-21) – Azərbaycan (U-21) - 1:0

Baş hakim: Tim Marşal (Şimali İrlandiya)

 

Xəbər xətti