Pavel Hapal: "Bütün rəqiblərə hörmət etidik"

22:53 - 10 İyun 2019

Slovakiya milli komandasının baş məşqçisi Pavel Hapal AÇ-2020-nin seçmə mərhələsində sabah Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri matçdan öncə təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

- İordaniya ilə yoxlama oyununda sonra bəzi oyunçularda fiziki problem vardı. Sabahkı oyuna komanda hazırdırmı?
- Təəssüf ki, Miroslav Stox sabahkı oyun üçün hazır deyil. Onu özümüzlə gətirmədik. Başqa bütün heyət oyuna hazırdı.

 

- Yarımmüdafiəçi Pekarik açıqlamasında Azərbaycanın asan rəqib olduğunu deyib. Sizin bu fikirə münasibətiniz necədi?
- Biz bütün rəqiblərə hörmət edirik. Azərbaycan millisini də, azarkeşlərini də görmüşük. Milli Xorvatiyaya qarşı oynamışdı. İstənilən halda, sabah qələbə qazanmaq istəyirik.

 

- Sabahkı heyətdə bizi süprizlər gözləyirmi?
- Heyəti açıqlamayacam, ancaq maraqlı dəyişikliklər ola bilər.

Xəbər xətti