David Neresden Premyer Liqa klublarına açıq qapı

"Ayaks"ın hücumçusu David Neres açıqlama verib.

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu İngiltərə Premyer Liqasında oynamaq istədiyini deyib:

 

"Fikrimi meydandakı oyunuma cəmləmişəm. Transferlə bağlı düşünmürəm, bununla agentim məşğul olur. Ancaq Premyer Liqada oynamaq fikri xoşdur. Dünyanın ən yaxşı çempionatından bəhs edirik. Orada həmişə oynamaq istəyərəm".

 

"Ayaks" "Çelsi", "Arsenal" və "Atletiko"nun hədəfində olan 22 yaşlı futbolçu üçün 50 milyon avro tələb edir. Neresin Amsterdam klubu ilə müqaviləsi 2022-ci ildə baş çatacaq. Braziliya millisinin üzvü ötən mövsüm 50 oyuna 12 qol vurub, 15 assist edib.

Tarix: 16 İyun [16:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2019
19  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio