"Sumqayıt"ın futbolçusundan gözlənilməz qərar: 27 yaşında karyerasını başa vurdu

"Sumqayıt"ın futbolçusu Nicat Qurbanov karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, o, 27 yaşında butsılarını mıxdan asmağa qərar verib. Qurbanov sosial şəbəkə hesabında getmək vaxtının yetişdiyini qeyd edib:

 

"Heç vaxt ağlıma gəlməzdi ki yazacağım qərarı belə tez açıqlayacam. Bəzən həyat adamı öz sevdiyi işdən ayrı salır. Bu gün peşəkar karyeramla bağlı son şəkilimi paylaşıram. Çox çətin və tez olsa belə, getmək vaxtı olduğunu düşündüm. Çox məşqçilər tanıdım, çox futbolçularla bir yerdə oynadım. Yaxşısı da oldu, pisi də. Amma pisləri elə futbolda saxladım, yaxşılar isə həmişə mənimlə olacaq. 11 yaşdan çıxdığım bu çətin və çox maraqlı yol bu gün bitdi. Bu 16 il ərzində məni az da olsa dəstəkləyən hamıya təşəkkürümü bildirirəm!"

 

27 yaşlı futbolçu "Neftçi"nin yetirməsidir. Nicat Qurbanov "Simurq", AZAL, "Zirə" və "Kəpəz" klublarında da çıxış edib. Nicat Azərbaycanın U-17 və U-19 yığmalarının üzvü olub.

 

Tarix: 19 İyun [03:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 İyul 2019
16  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio