Bezotosnı "Zirə"yə niyə keçməyib?

12:15 - 24 İyun 2019

"Qəbələ"dən ayrılan Dmitri Bezotosnının Azərbaycanda qalmaq variantı olub.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, ukraynalı qolkiper "Zirə"dən təklif alıb. 35 yaşlı qapıçı yüksək maaş tələb etdiyi üçün qəsəbə klubu transferi reallaşdıra bilməyib.

 

Təcrübəli qapıçı ilə anlaşmayan "Zirə" 30 yaşlı monteneqrolu əlcək sahibi Boyan Zaqoviçi heyətinə qatıb.

 

Bezotosnı 2015-ci ildən "Qəbələ"də çıxış edirdi.

 

Mehman Əşrəfov

Xəbər xətti