"Ayaks" "Sevilya"nın futbolçusunu transfer etdi

23:10 - 24 İyun 2019

Hollandiyanın "Ayaks" klubu növbəti transferini reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Amsterdam təmsilçisi İspaniya "Sevilya"sından Kvinsi Promesi transfer edib. 27 yaşlı vingerin transferi üçün əndəlüsiyalılara 15,7+1,5 milyon avro təzminat ödənilib. Hollandiya millisinin üzvü yeni klubu ilə 5 illik müqavilə bağlayıb.

 

"Sevilya" Promesi ötən il Moskva "Spartak"ından 20 milyon avroya transfer etmişdi.

Xəbər xətti