PSJ-nin Donnarumma planı

18:49 - 27 İyun 2019

PSJ italiyalı qapıçı Canluici Donnarummanın transferi üçün "Milan"a təklif göndərəcək.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, İtaliya klubu 20 yaşlı qapıçının transferi üçün 50 milyon avro tələb edir.

 

Xəbərdə PSJ-nin Alfons Areola və 20 milyon avro tələb etmək niyyətində olduğu qeyd edilib.

 

Donnarummanın "Milan"la 2021-ci ilə qədər müqaviləsi var.

Xəbər xətti