"Atletiko"nun yeni transfer hədəfi: Ante Rebiç

Transfer fəaliyyətini davam etdirən "Atletiko"nun hədəfində olan daha bir futbolçu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone sərəncamında Almaniyanın "Ayntraxt" klubunun hücumçusu Ante Rebiçi görmək istəyir. Bu barədə "Sky Sports Germany" məlumat yayıb. Xəbərdə Frankfurt klubunun "Atletiko"dan bu keçid üçün 40 milyon avro tələb etdiyi vurğulanıb.

 

25 yaşlı futbolçu 2016-cı ildən Bundesliqa klubunda çıxış edir. Xorvatiya millisinin üzvü ötən mövsüm 38 oyuna 10 qol vurub, 6 assist edib.

Tarix: 30 İyun [16:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 İyul 2019
15  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio