Buffonun "Yuventus"a transferi rəsmiləşir

18:32 - 3 İyul 2019

PSJ-dən ayrılan əfsanəvi italiyalı qapıçı Canluici Buffon sabiq klubu "Yuventus"a qayıdır.

 

Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, Turin təmsilçisi 41 yaşlı qolkiperlə bir illik müqavilə imzalayacaq. Buffon sabah tibbi müayinədən keçəcək və rəsmi sözləşməyə qol çəkəcək.

 

Təcrübəli qapıçı bir il ərzində 1,5 milyon avro maaş və bonuslar alacaq.

 

Buffon 2002-ci ildə "Parma"dan 52,8 milyon avroya "Yuventus"a keçmişdi. İtaliya millisinin üzvü ötən yay PSJ ilə müqavilə imzalamışdı.

Xəbər xətti