"Neftçi" daha bir futbolçu ilə müqaviləni uzatdı

21:49 - 6 İyul 2019

“Neftçi”də yeni müqavilə qeydə alınıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "ağ-qaralar" Rəhman Hacıyevlə müqaviləni daha 1 il müddətinə artırıb. Anlaşmaya görə, 25 yaşlı yarımmüdafiəçi 2020/2021 mövsümünün sonunadək paytaxt təmsilçisinin şərəfini qoruyacaq.

 

Qeyd edək ki, 2014/2015 mövsümündən “Neftçi”də çıxış edən Rəhman Hacıyev bu müddət ərzində meydana çıxdığı 145 oyunda 15 qola imza atıb.

Xəbər xətti