"Liverpul"da yeni müqavilə

16:16 - 11 İyul 2019

İngiltərənin "Liverpul" klubu hücumçusu Divok Oriciylə müqavilə müddətini uzadıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, belçikalı futbolçuyla uzun müddətli müqavilə imzalandığı açıqlanıb.

 

"Qırmızılar" 24 yaşlı futbolçunu 2014-cü ildə Fransanın "Lill" klubundan 10 milyon funt-sterlinqə transfer etmişdi.

 

Orici ötən mövsüm 22 oyuna 8 qol vurub.

Xəbər xətti