Azər Əliyev 90 dəqiqə oynadı, "Ufa" ilk qələbəsini qazandı - VİDEO

Rusiya Premyer Liqasında üçüncü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Ufa" evdə "Krılya Sovetov"a 2:1 hesabı ilə qalib gəlib.

 

"Ufa"nın Azərbaycan əsilli futbolçusu Azər Əliyev oyuna start heyətdə başlayıb və sonadək meydanda olub. "Spartak"dan icarəyə götürülən Turqay Möhbalıyev isə ehtiyatda qalıb.

 

"Ufa" və "Krılya Sovetov" 3 turdan sonra 3 xal toplayıb.

 

"Ufa" - "Krılya Sovetov" - 2:1

Qollar: Daniil Fomin, 21, Vladimir Polyaxtov, 33 (avtoqol) - Srdyan Miyailoviç, 25

 

Tarix: 28 İyul [02:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Avqust 2019
18  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio