Roberto Donadoni Çin klubunda

16:36 - 30 İyul 2019

İtaliya millisinin sabiq baş məşqçisi Roberto Donadoninin yeni iş yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 55 yaşlı mütəxəssis Çində çalışacaq. İtaliyalı mütəxəssis Super Liqa təmsilçisi "Şençjen"in baş məşqçisi təyin edilib. Klub saytı müqavilənin detallarını açıqlamayıb.

 

İtaliyalı mütəxəssis sonuncu dəfə "Bolonya"nın baş məşqçisi olub. Donadonu 2006-2008-ci illərdə İtaliya millisini çalışdırıb.

Xəbər xətti